NATO-nun genişlənməsini dəstəklədik - Kalın
Türkiyə-İsveç-Finlandiya Daimi Birgə Mexanizminin toplantısı ümumən müsbət aurada keçdi.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri İbrahim Kalın deyib.
“Prosesin sürəti Finlandiya və İsveçin atacağı addımlarla bağlıdır. NATO-nun genişlənməsini həmişə dəstəkləmişik”, - deyə o bildirib.