Kritik aylar: Rusiya Ukraynada taktiki uğur qazanacaq
Növbəti yarımil Ukrayna konflikti üçün kritik ola bilər.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.
“Kəşfiyyat məlumatlarına görə, növbəti bir neçə ay – dörd, beş, altı ay - Ukraynada döyüşlər üçün kritik olacaq. Rusiya hərbçiləri taktiki uğurlara nail olacaqlar, lakin bunlar əhəmiyyətli olmayacaq”, - deyə o bildirib.