Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı hərbçisi həlak olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Ukrayna ordusunun baş əsgəri İlkin Hacıyev iki gün əvvəl Donbas istiqamətində həlak olub.
Əslən Azərbaycanın Mingəçevir şəhərindən olan İ.Hacıyev Ukraynanın Vinnitsa şəhərində yaşayıb.