İranın Rey şəhərində yaşayış binasında partlayış baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Tehran bələdiyyəsinin Yanğınsöndürmə Mərkəzinin mətbuat katibi Cəlal Məliki məlumat verib.

Məlumata görə, partlayış nəticəsində 5 nəfər Pakistan vətəndaşı ölüb, 7 nəfər isə yaralanıb.

Partlayışın səbəbi barədə məlumat verilməyib.