Təcili: Bakıda atışma: İki nəfər güllələndi - VİDEO
Bakıda atışma olub.
BUTA.TV xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında, Vurğun Plazanın yanında qeydə alınıb.
Silahlı insident zamanı iki nəfər güllələnib. “Yaxın vaxtlarda ictimaiyyətə əlavə məlumat veriləcək”. Yenilənir...
***
Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb.
Bu barədə DİN-dən bildirilib. Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.