Əməkdar artist Çingiz Əhmədov Speys TV-dən ayrılıb.

Kult.az xəbər verir ki, aktyor bu barədə "Səhər mərkəzi" verilişində deyib. O bildirib ki, proqramı Günel Həsənzadə aparır:

"Beş ay fəaliyyət göstərdim və Günelə təhvil verdim. Abıra saldım, reytinqə mindirdim, sonra da verdim... Sentyabrdan tok-şouda olacağam".

Qeyd edək ki, Ç.Əhmədov sözügedən kanalda "Nuşi can" verilişinə aparıcılıq edirdi.