Ermənistanda məktəbliləri daşyan avtobus qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan polisindən məlumat verilib.

Bildirilib ki, martın 19-da saat 14:20-də Qafanın Noraşen kəndi yaxınlığında PAZ avtobusunun qəzaya uğraması ilə bağlı polisə məlumat daxil olub.

Qəza nəticəsində 1 nəfər ölüb, 23 nəfər isə yaralanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.