Türkiyə Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalara uyğun olaraq martın 1-dən etibarən məhdudiyyətə məruz qalan malların ölkə ərazisindən tranzitini dayandırmaq qərarı verib.

BUTA.TV xəbər verir ki, bu barədə "Blumberq" agentliyi adının açıqlanmasını istəməyən yüksək rütbəli Türkiyə rəsmisinə istinadən məlumat verib.