Türkiyənin Adana şəhərindəki gecə klublarından birində silahlı insident yaşanıb.

BUTA.TV xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Bildirilib ki, iki silahlı qrup arasında baş verən silahlı insident zamanı 5 nəfər yaralanıb.

Hadisə yerinə polis əməkdaşları, təcili yardım cəlb edilib.

İnsident zamanı istifadə edilən 2 ədəd tapança maddi sübut kimi götürülüb. İnsidentlə əlaqədar bir neçə nəfər saxlanılıb.

Atışmanın hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

Faktla bağlı təhqiqata başlanılıb.