Bakı şəhərinin Xətai rayonunda dünəndən etibarən istiliyin verilməsi dayandırılıb.

Məsələ ilə bağlı BUTA.TV-ın sorğusuna cavab olaraq Azəristiliktəchizat ASC-nin mətbuat xidmətindən bildirilib ki, istiliyin verilməsində fasilə magistral xəttə olan axıntıdan qaynaqlanır.

“Hazırda təmir işləri aparılır. Təmirin nə vaxt bitəcəyi məlum deyil”, - mətbuat xidmətindən qeyd edilib.