Ermənistanın Aşağı Ağcaqala (Nerkin Bazmaberd) kəndində partlayış baş verib.

BUTA.TV xəbər verir ki, Ermənistan DİN partlayış nəticəsində 3 nəfərin yaralandığını bildirib.

Partlayış ikimərtəbəli evin birinci mərtəbəsində, çörəkbişirmə kimi istifadə edilən hissədə qaz sızmasından yaranıb.

Yaralılardan birinin vəziyyəti ağırdır.