Bu Qarabağda hərbi əməliyyatlara səbəb ola bilər – Səfir
Ermənistan öz silahlı dəstələrini Rusiya sülhməramlılarının dəstəyi ilə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Azərbaycanın Qarabağ iqtisadi rayonuna daşımaqda davam edir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri, ölkəmizin NATO-dakı səfiri Cəfər Hüseynzadə Tvitterdə yazıb.
“Bu da 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın qəsdən pozulmasıdır və hərbi əməliyyatların bərpasına səbəb ola bilər” - Hüseynzadə qeyd edib.