Martın 11-də ABŞ-ın nüvə bombardmançısı Polşa qırıcıları ilə birlikdə Rusiya sərhədi boyunca uçub.

BUTA.TV xəbər verir ki, bu barədə RBC-Ukrayna Polşa baş nazirinin müavini Mariuş Blaşçakın bəyanatına istinadən məlumat verib.

Blaşçak bildirib ki, bu gün Polşa qırıcıları yenidən Amerikanın B-52 bombardmançı təyyarəsini müşayiət edir.

"Bu, qarşılıqlı fəaliyyət üzrə təlimin vacib hissəsidir. Biz birlikdə NATO-nun şərq cinahının təhlükəsizliyinin qayğısına qalırıq", - baş nazirin müavini əlavə edib.