Macarıstanda 42 avtomobil toqquşdu: 36 yaralı - Foto
Macarıstanda 5 yük və 37 minik avtomobilinin iştirakı ilə zəncirvari qəza olub.
BUTA.TV xəbər verir ki, bu barədə Macarıstan polisi məlumat yayıb.
Qeyd olunub ki, paytaxt Budapeşt yaxınlığındakı qəza nəticəsində 19 avtomobil yanıb. Zəncirvari qəzada 36 nəfər yaralanıb, bunlardan 13-nün vəziyyəti ağırdır.