Ermənistanda keçmiş deputat Gevork Petrosyan saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Petrosyan özünün Feysbuk hesabında yazıb.

“Hörmətli həmvətənlərim! Bu gün mən olduqca gülməli maddə ilə saxlanılmışam”, - Petrosyan bildirib.

Qeyd edək ki, bir müddət öncə Ermənistanda sürücünün yol patrul xidmətinin əməkdaşına tabe olmaması ilə bağlı video yayılmışdı. Daha sonra sürücünün Gevork Petrosyan olduğu üzə çıxmışdı.