Türkiyədə ard-arda iki zəlzələ baş verdi
Türkiyənin Malatya şəhərinin Pütürge rayonunda ayrı-ayrı vaxtlarda 4,7 və 4,5 bal gücündə zəlzələ baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Episentri Malatyanın Pütürge rayonunda olan 4,7 maqnitudada zəlzələ yerin 10 kilometr dərinliyində yerləşib.
Saat 05:13-də baş verən ikinci zəlzələnin ocağı isə 8 kilometr dərinlikdə yerləşib.