Ukraynada Leninin abidəsi satışa çıxarıldı
Ukraynanın Çerkassı vilayətinin Mankovka kəndində Vladimir Leninin 5 metrlik abidəsi satışa çıxarılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “MK.ru” məlumat yayıb.
1978-ci ildə bürüncdən hazırlanan abidənin çəkisi təxminən üç tondur. Satış qiyməti isə təxminən 14 min dollardan başlayır.
Alıcı martın 27-də bəlli olacaq.