Ağdamda iki nəfər minaya düşərək həlak oldu
Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.
DİN-in mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, 1999-ci il təvəllüdlü İsrail İbrahim oğlu Həsənov və 1987-ci il təvəllüdlü Amid Hüseyn oğlu Həsənov heyvan otararkən minaya düşüblər.
Araşdırma aparılır.