Millət vəkili şəhid anası ilə görüşdü
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Novruz bayramı ərəfəsində Azərbaycan Vətən müharibəsinin şəhidi, Silahlı Qüvvələrin kiçik çavuşu Tural Qarayevin anası Səmayə Qarayeva ilə görüşüb.
BUTA.TV xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə şəhid anası bayram münasibəti ilə təbrik edilib, onun ürək sözləri dinlənilib, qayğıları öyrənilib.
Görüşdə “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev də iştirak edib.
Görüşün sonunda Mədəniyyət Komitəsi və “UNİTY-Company” adından şəhid ailəsinə bayram hədiyyələri təqdim edilib.