Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Təhqiqat Komissiyası Rusiyanın Ukraynadakı hərəkətlərində soyqırım əlamətləri görməyib.

BUTA.TV xəbər verir ki, bu barədə təhqiqat komissiyasının sədri Erik Mese deyib:

“Biz Ukrayna ərazisində heç bir soyqırım görmədik", - Mese bildirib.

Eyni zamanda, komissiya Rusiyanın geniş spektrli digər hərbi cinayətlər törətdiyini etiraf edib.