ABŞ Dövlət Departamenti Polşaya “Hellfire” raketləri və avadanlığının satışına icazə verib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə əməkdaşlığı Agentliyi məlumat yayıb.

Satışın ümumi məbləği 150 milyon dollar dəyərində qiymətləndirilir.

Qeyd edək ki, Polşa 800 ədəd AGM-112R2 “Hellfire” raketinin alınması ilə bağlı ABŞ-a müraciət etmişdi.