Türkiyədə müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu prezident seçkisində qalib gəlsə, Rusiyaya NATO üzvü olduğunu xatırladacaq.

BUTA.TV xəbər verir ki, bunu onun müşaviri Ünal Çeviköz deyib.

O bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirəcək:

“Rusiya ilə danışıqlarda bərabərhüquqlu münasibətlərə çalışacağıq. Amma onlara Türkiyənin NATO üzvü olduğumuzu da xatırladacağıq”.

Siyasətçi əlavə edib ki, müxalifət İsveç və Finlandiyanın NATO-ya üzv olmasına mane olmayacaq.