Yaxın həftələrdə Ukraynanın Avdeyevka şəhəri Rusiya qüvvələri tərəfindən mühasirəyə alına bilər.

BUTA.TV xəbər verir ki, bu barədə "dxr" rəhbərinin səlahiyyətlərini icra edən Yan Qagin bildirib.

“Avdeyevka istiqaməti kifayət qədər "istidir": son həftədə artilleriyamız şəhərdə ciddi işləyir, bir neçə yaşayış məntəqəsi ələ keçirilib ki, bu da şəhəri ələ keçirmək üçün açardır”, - Qagin deyib.