Putinlə bağlı bu qərar qanunsuzdur - Nebenzya
Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsi üçün order verməsi qanunsuzdur.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
"Biz BCM-nin qərarlarını tanımırıq. Onlar qanunsuzdur", - Nebenzya bildirib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.