Mərkəzi Afrika Respublikasının Bambari şəhərində qızıl mədəninə silahlı qrup hücum edib.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Hücum zamanı mədəndə çalışan 9 Çin vətəndaşı öldürülüb.

Şübhəli şəxslərin tapılması üçün bölgədə əməliyyat başladılıb.