Novruz bayramı münasibətilə Gənclər və İdman Nazirliyinin Respublika Olimpiya İdman Mərkəzinin qarşısında keçirilən şənliyə nazir Fərid Qayıbov da qatılıb.

BUTA.TV xəbər verir ki, şənlikdə nazir səmimi davranışı ilə yadda qalıb.

O tonqal üzərindən atlanarkən çəkilmiş fotosunu şəxsi Feysbuk hesabında paylaşıb.

Sözügedən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.