Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşünün tarixi müzakirə olunacaq.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla ikitərəfli görüşdə deyib.

“Yaxın zamanda biz hər üç nazir üçün uyğun tarixləri seçəcəyik”, - Lavrov bildirib.