Ukraynaya məxsus PUA Rusiyanın Novozıbkov neft nasos stansiyası ərazisinə hücum edib.

BUTA.TV xəbər verir ki, bunu Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz deyib.

"Ukrayna Silahlı Qüvvələri PUA-ların köməyi ilə "Transneft" Səhmdar Cəmiyyətinin "Novozıbkov" neft nasos stansiyasının ərazisinə hücum edib. Tələfat yoxdur", - o bildirib.

Boqomaz qeyd edib ki, təcili xilasetmə xidmət hadisə yerindədir:

"Əməliyyat tədbirləri müddətində təhlükəsizliyin təmin edilməsi məqsədilə Mamay, Trostan, Drujba, Novskoye, Dubrovka qəsəbələrində elektrik enerjisi kəsilib. Əməliyyat-istintaq tədbirləri həyata keçirildikdən sonra elektrik enerjisinin verilişi bərpa olunacaq".