Mingəçevirdə iki bacı qəzaya düşdü
Mingəçevirdə yol qəzası baş verib, 3 nəfər yaralanıb.
BUTA.TV xəbər verir ki, hadisə Sənaye Parkı yaxınlığında baş verib.
“Şevrolet” və VAZ-21011 markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılardan ikisi bacıdır
Onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.