Türk dünyasında ozan ənənələrinin görkəmli davamçısı olan Aşıq Veysəl Şatıroğlu vəfatının 50-ci ildönümündə anılıb.

BUTA.TV xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın el ustadının xatirəsini saz çalaraq oxuduğu türkü ilə yad edib.

O, görüntüləri Tvitter hesabında paylaşıb.

Kalın Aşık Veysəli rəhmət və minnətdarlıqla andığını yazıb.