İsrail təyyarələri Hələb beynəlxalq hava limanı yaxınlığına raket zərbələri endirib.

BUTA.TV xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

“Yerli vaxtla saat 03:55-də İsrail Aralıq dənizindən Hələb beynəlxalq hava limanı ərazisinə bir neçə raket zərbəsi endirib”, - məlumatda qeyd olunub.

Hücum nəticəsində hava limanına maddi ziyan dəydiyi bildirilib.