21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində Antalyada ilk matçını keçirib.

BUTA.TV AFFA-nın saytına istinadən xəbər verir ki, Albaniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Millimizin heyətində 46-cı dəqiqədə Camal Cəfərov fərqlənib. U-21 növbəti yoldaşlıq oyununu martın 26-da Sloveniya yığmasına qarşı keçirəcək.