Prezident Vladimir Putinin Mariupola səfəri mənim üçün də gözlənilməz oldu.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Marat Xusnullin bildirib.

O, (Rusiya prezidenti – red.) zəng edib, gələcəyini dedi. Mən həmin ərazilərdə idim. Dedi: Gəlib görmək istəyirəm. Bu səfər tamamilə ekspromt idi”, - deyə Xusnullin qeyd edib.

Onun sözlərinə görə, artıq ən qısa müddətdən sonra göyərtəsində Rusiya prezidentinin də olduğu helikopter Mariupola gəlib.