ABŞ və AB ilk dəniz təlimlərini keçirdi
ABŞ və Avropa Birliyi (AB) ilk dəfə birgə dəniz təlimləri keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat xidməti məlumat verib.
Martın 23 və 24-də keçirilən təlimdə ABŞ-dan “USS Paul Hamilton”, həmçinin İspaniyanın “Reina Sofia” və İtaliyanın “Carlo Bergamin” gəmləri iştirak edib.