Ukrayna buna görə əks-hücuma başlaya bilmir - Zelenski
Ukrayna ciddi silah çatışmazlığına görə əks-hücum əməliyyatına hələ başlaya bilməz.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Biz hələ başlaya bilmərik. Tanksız, artilleriyasız və (çoxlu raket sistemləri - red.) HIMARS olmadan cəsur əsgərlərimizi cəbhə xəttinə göndərə bilmərik”, - o bildirib.
Zelenski hazırda Ukrayna tərəfdaşlarından silah təhvil gözlədiyini də qeyd edib. Həmçinin, ölkənin şərqindəki vəziyyətini də əlverişsiz adlandırıb.