“Qurdlar vadisi”nin aktyoru deputatlığa namizəd olur - Foto
Türkiyənin məşhur "Qurdlar vadisi" serialının Ərəni, aktyor Kərəm Fırtına millət vəkilliyinə namizəd kimi seçkilərdə iştirak edəcək.
Kult.az xəbər verir ki, bu haqda o, sosial mediada açıqlama yayıb.
Fırtına Xalqların Demokratik Partiyasının ( HDP) təklifi ilə Yaşıl Sol Partiyasından namizəd olacağını, bundan şərəf duyduğunu bildirib.