Qətərin xarici işlər naziri Məhəmməd Əbdüləziz Əl-Xəlifi İrana səfər edib.

BUTA.TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Məhəmməd Əbdüləziz Əl-Xəlifi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla regionda baş verənləri müzakirə ediblər.