Batumidə şok: Dam insanların üzərinə düşdü - Video
Batumi şəhərində baş verən güclü qasırğa zamanı hündürmərtəbəli yaşayış binasının damı uçaraq yol kənarındakı insanların üzərinə düşüb.
BUTA.TV xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Videoda damın altında qalan insanların oradan çıxmağa çalışması əks olunub.
Ölən, yaxud xəsarət alanlarla bağlı məlumat yoxdur.