Söhbət şübhədən getmir, jurnalist cinayət başında yaxalanıb.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Voll Strit Jurnal”ın müxbiri Evan Qerşkoviçin saxlanması barədə danışarkən deyib.

“Bu, FTX-nin səlahiyyətidir, artıq onların bəyanatı olub, bizim burada əlavə edəcəyimiz heç nə yoxdur”, - Peskov bildirib.

Peskov detalları bilmədiyini vurğulayıb.

"Xeyr, dəqiqləşdirə bilmərəm, təfərrüata hakim deyiləm. Bir daha təkrar edirəm - bu, sadəcə olaraq, casuslarla mübarizə aparan xüsusi xidmət orqanlarının səlahiyyətindədir”.