Rusiya hərbçiləri işğal etdikləri Xerson vilayətindən qayıqla qaçan vətəndaşları atəşə tutublar.

BUTA.TV xəbər verir ki, bu barədə Xerson vilayətinin hərbi administrasiyası məlumat yayıb.

Hadisə zamanı 2 nəfərin yaralandığı bildirilib.

Bildirilib ki, Dnepr çayının sol sahilindən istiqamət alan şəxslər anidən rusların atəşinə məruz qalıblar.