Fransa Futbol Federasiyası müsəlmanların müqəddəs Ramazan ayında oyunlarda fasilə verib oruclarını açmasına qadağa qoyub.

BUTA.TV xəbər verir ki, bu barədə fedarasiyanın Hakimlər Komissiyası Liqa-1 hakimlərinə məlumat göndərib.

Bildirilib ki matçların gedişatı zamanı futbolçuların oruclarını açmaq üçün tətbiq edilən fasilələr FFF-nin nizamnaməsinə uyğun gəlmir.

Qeyd edək ki, Fransadan fərqli olaraq, İngiltərə Premyer Liqasında belə fasilələr tətbiq olunacaq.