Roma Papası Fransisk bu gün Romada yerləşən Cemelli Universitetinin xəstəxanasından buraxılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.

Onun sözlərinə görə, Papa xəstəxanaya bronxit diaqnozu ilə yerləşdirilmişdi.