İran Azərbaycana onu yeni səfir göndərir - Foto
İran Azərbaycana yeni səfir təyin edəcək.
BUTA.TV Konkret.az-a istinadən xəbər verir ki, İran mətbuatında Müctəba Dəmirçinin Azərbaycana yeni səfiri təyin ediləcəyi ilə bağlı qeyri-rəsmi xəbərlər yayılıb.
Dəmirçi Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) səfir olub. O, həmçinin İranın Bakıdakı səfirliyinin ikinci katibi vəzifəsində də çalışıb.
Qeyd edək ki, hazırkı səfir Abbas Musəvi 2020-ci ilin sentyabr ayının əvvəlində Bakıda diplomatik xidmətə başlayıb.