16:36

Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi - 2004-cü il təvəllüdlü Niftəliyev Novruz Eldəniz oğlu minaya düşüb.

BUTA.TV Report-a istinadla xəbər verir ki, o, Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

N.Niftəliyevin vəziyyətinin ağır olduğu bildirilir.

O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsindən hərbi xidmətə çağırılıb.

***

Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftəliyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.

Bu barədə olaraq Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.