Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Şuşanın iki kəndinə - Allahqulular və Zamanpəyəsi kəndlərinə nəzarəti bərpa edib.

BUTA.TV xəbər verir ki, bu, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri zamanı reallaşıb.

Ordumuz sözügedən ərazidə artıq Bayrağımızı qaldırıb: