Ukrayna savaşında ölən uşaqların sayı açıqlandı
Rusiyanın hərbi müdaxiləsinin başladığı vaxtdan Ukraynada azı 501 uşaq öldürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel məlumat verib.
Rassel bildirib ki, əsl rəqəm BMT-nin təsdiq etdiyindən xeyli yüksəkdir.
UNICEF-in icraçı direktoru əlavə edib ki, hərbi əməliyyatlar zamanı 1 000-ə yaxın ukraynalı uşaq yaralanıb.