Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 12 xəstə Xankəndidən Ermənistana aparılıb.

BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Sağalan 6 xəstə isə Ermənistandan Qarabağa qaytarılıb.

Qeyd edək ki, Laçın yolunda aksiya başlayandan indiyədək Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə 264 xəstə Xankəndidən Ermənistana aparılıb.