Moskvada görüş: Dörd ölkənin rəsmiləri razılığa gəldi
Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin müavinləri dördtərəfli görüş zamanı təmasları davam etdirmək barədə razılığa gəliblər.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında yayımlanan məlumatda deyilir.
“İştirakçılar birbaşa və səmimi şəkildə öz yanaşmalarını açıqlayıb və təmasları davam etdirməyə razılaşıblar”, - deyə bildirilib.