Ukrayna ordusu Donetsk vilayətinin Avdeyevka şəhəri yaxınlığında uğurlu əks-hücum həyata keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

"Ukrayna qüvvələri Avdeyevkanın şimal-şərqində əks-hücum əməliyyatı keçirib. Aprelin 2-də yayımlanan geolokasiya görüntüləri göstərir ki, Ukrayna qüvvələri Avdeyevkanın 17 km-də yerləşən Novoselovkanın şimal-qərbindəki mövqeləri geri alıb”, - məlumatda deyilib.