Ukraynaya gedən gəmi Türkiyə sahillərində batıb.

BUTA.TV xəbər verir ki, bu barədə Antalya vilayətinin qubernatoru Ersin Yazıçı məlumat verib.

Məlumata görə, gəmidə ümumilikdə 14 ekipaj üzvü olub. Onlardan 5-i artıq xilas edilib.

Türkiyə Sahil Mühafizəsinin açıqlamasında bildirilib ki, Qvineya-Bisau bayraqlı gəmi aprelin 5-də yerli vaxtla saat 03:47-də Kumluca şəhəri sahillərində İskəndərun-İzmail marşrutu üzrə hərəkətdə olarkən batıb.

Axtarış-xilasetmə əməliyyatına iki helikopter və sahil mühafizəsinin bir təyyarəsi cəlb olunub.

Hadisə ilə bağlı Kumluca Baş Prokurorluğunda araşdırmalara başlanılıb.